A

UNEC-də İqtisadiyyat Nazirliyinin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) üzrə ekspertləri ilə görüş keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən ekspertlər Marius Bordalba və  Anar Kərimov Azərbaycanın ÜTT-yə üzvlüyü istiqamətində görülən işlərdən danışıb, üzvlükdən sonrakı fəaliyyətlə bağlı müzakirələr aparılıb. Tərəflər Azərbaycanın ÜTT-yə üzvlük məsələsində universitetlərin rolu barədə fikir mübadiləsi aparıblar. UNEC-lə əməkdaşlığın mühüm rol oynayacağını bildirən ekspertlər, fəaliyyət istiqamətlərini açıqlayıblar. UNEC nəzdində ÜTT Referans Mərkəzinin yaradıldığına diqqət çəkən M.Bordalba həmin mərkəzin ÜTT üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Ə.Muradov UNEC-də yüksək akademik potensiala malik ekspertlərin çalışdığını bildirərək, Xarici Ticarətə Dəstək və Digital Marketinq mərkəzlərinin fəaliyyətindən danışıb. O, İqtisadiyyat Nazirliyinə və bu istiqamət üzrə aparılan işlərə dəstək layihələrinin hazırlanmasında UNEC-in yaxından iştirak edə biləcəklərini qeyd edib.

Görüşdə həmçinin treninqlərin keçirilməsi, tələbələrlə maarifləndirici tədbirlərin təşkili də müzakirə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay