A

UNEC-in rektoru, professor Ədalət Muradov qış məktəbində iştirak edən müəllimlərlə görüşüb.

Görüşdə UNEC-in akademik heyətinin elmi və pedaqoji potensialının yüksəldilməsi məqsədilə təşkil edilən qış məktəbinin ənənəvi hal almasının üstünlüyü vurğulanıb. UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan qış məktəbinin həmçinin kollektivdə sağlam mühitin formalaşmasında mühüm rol oynadığı bildirilib. Müəllimlər qış məktəbinin “Tədris materiallarının keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması” mövzusuna həsr edilməsini təqdir edərək, növbəti qış məktəblərinin mövzularını interaktiv sorğularla müəyyənləşdirməyi təklif ediblər.

Qış məktəbində dünyanın nüfuzlu universitetlərinin alimləri – Fransanın Lyon Universitetinin müəllimi Jennifer Veillon, ABŞ-ın Leigh Universitetinin professoru Jill Sperandio və Türkiyənin İstanbul Universitetinin professoru Sedat Muratın təlimlərinin effektivliyindən söz açan müəllimlər UNEC İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə də maraqlı fikir mübadiləsi aparıldığını bildiriblər. Xüsusi ilə əməkdar elm xadimi, professor Şahlar Əsgərov ilə “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlünün mühazirələrinin əhəmiyyəti vurğulanaraq, təhsil biliciləri ilə gənc müəllimlərin mütəmadi görüşlərinin keçirilməsini təklif ediblər. Qış məktəbində UNEC-in Zaqatala filialının müəllimlərinin iştirakı qeyd edilərək, növbəti təlimlərdə Dərbənd filialının müəllimlərinin də iştirakının vacibliyi vurğulanıb.

Görüşdə qış məktəbinin işinin təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndirilib, bu çərçivədə konfransların təşkil edilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşün sonunda qış məktəbinin iştirakçılarına sertifikatlar təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay