A

UNEC-in  Zaqatala filialında məktəblilərlə görüş keçirilib.

Qax rayon Tasmalı kənd tam orta məktəbinin direktoru, müəllim və yuxarı sinif şagirdləri Zaqatala filialı ilə tanış olmaq məqsədilə universitetə səfər ediblər. Səfər zamanı şagirdlər universitetin kompüter zalı, linqafon kabineti, kitabxana və laboratoriyalarla tanış olub, Ulu Öndər Heydər Əliyev muzeyini ziyarət ediblər. İnfoturdan sonra şagirdlər dərs prosesini izləyiblər. Auditoriyada ilk dəfə əyləşmək həyəcanı yaşayan məktəblilər yeni təlim metodları ilə tədris olunan dərsləri böyük maraqla dinləyiblər. Görüşdə məktəblilərə tədris olunan ixtisaslar barədə də ətraflı məlumat verilib.

Məktəbin kollektivi filialın direktoru, professor Oruc Rzayev və İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova ilə də görüşüblər. Məktəbliləri filialda görməkdən məmnunluğu bildirən O.Rzayev onları universitetdə tələbə kimi görməkdən qürur duyacağını bildirib. Filial direktoru məktəblilərə kitablar hədiyyə edərək, qarşıdan gələn imtahanlarda onlara uğurlar arzulayıb.

Zaqatala filialındakı tədris prosesini, tələbələr üçün yaradılan şəraiti yüksək qiymələndirən məktəblilər universitetdən müsbət təəssüratlarla ayrılıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay