A

UNEC-də “Donor günü” - qanvermə aksiyası keçirilib.

Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə keçirilən könüllü qanvermə aksiyasında UNEC-in müəllim-tələbə heyəti və əməkdaşları fəal iştirak ediblər.

Azərbaycan Talassemiya Federasiyasının xüsusi tibb işçiləri donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər. Aksiya talassemiyadan əziyyət çəkən insanların qanla təminatı üçün respublikada keçirilən ənənəvi tədbirlərin davamıdır.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay