A

UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə kollecin professor-müəllim və tələbə heyəti ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondu və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nümayəndələri də iştirak edib.

Kollecin direktoru, dosent Oruc Məmmədov ölkə başçısının böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamının klassik irsimizə və ümumilikdə mədəniyyətimizə göstərilən böyük qayğının təzahürü olduğunu bildirib. Hüseyn Cavidin keçdiyi həyat yolu və yaradıcılığına nəzər salan O.Məmmədov ulu öndər Heydər Əliyevin görkəmli şairin irsinə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, onun nəşinin uzaq Sibirdən - İrkutsk vilayətindən Azərbaycana gətirilməsində məhz ümummili liderin böyük tarixi xidmətləri olduğunu diqqətə çatdırıb.

Tədbirdə Tərcümə Mərkəzinin əməkdaşı Kəmalə Ələkbərova Hüseyn Cavid irsi ilə bağlı məruzə ilə çıxış edib. UNEC-in rektorunun kollec üzrə müşaviri, professor Nuru Mikayılov görkəmli şair və dramaturqun əsərlərindən danışıb.

Tədbir kollec tələbələrinin iştirakı ilə Hüseyn Cavidinin əsərlərindən ibarət bədii proqramla davam edib. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR