A

UNEC-in rəsmi xəbər portalı  – UNEC news fəaliyyətə başlayıb.

Dünya universitetlərində geniş yayılmış bu model Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq UNEC-də tətbiq edilir.

Oxucular gündəlik yenilənən UNEC news portalında universitetdəki yeniliklərlə tanış olacaq, burada təşkil olunan beynəlxalq konfrans, ictimai əhəmiyyət kəsb edən tədbirlər barədə xəbər tutacaqlar. Alimlərimizin elmi nailiyyətləri, tədqiqatlarının nəticələri yer alacaq portalda həmçinin UNEC-in peşəkar ekspertlərinin iqtisadi gündəmin tələblərinə operativ münasibətləri də öz əksini tapacaq.

UNEC news-da tələbələrin maraqlarını əks etdirən sorğular keçiriləcək, reportaj və müsahibələr yerləşdiriləcək, abituriyentlərə yönəlik layihələr işıqlandırılacaq. Oxucular UNEC-in ictimaiyyətdə böyük rezonans doğuran layihələrini UNEC news-da izləyə, istedadlı tələbə və on minlərlə məzunlarının uğurları ilə məhz buradan tanış ola biləcəklər.

Portal həmçinin UNEC-də keçiriləcək konfrans, təlim və digər tədbirlər barədə öncədən oxucularına məlumat verəcək.

Qısa müddətdə UNEC news portalının elektron qəzet versiyası da oxuculara təqdim ediləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay