A

UNEC-in Dərbənd filialında “Qloballaşma şəraitində regionların sosial-iqtisadi inkişafının perspektivləri və problemləri” mövzusunda universitetlərarası elmi praktiki konfrans keçirilib.

Konfransda filialın professor-müəllim heyəti və tələbələrlə yanaşı, Dağıstan Dövlət Universitetinin, Dağıstan Dövlət Texniki Universitinin, Dağıstan Təhsil Kollecinin nümayəndələri, Dərbənd şəhərinin ali məktəb filiallarının  direktorları iştirak ediblər. UNEC-in Dərbənd filialının direktoru Təranə Abbasova konfransda filialın fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, UNEC-in Dərbənd filialı regionda iqtisadçı kadrların hazırlanmasında mühüm rol oynayır.

Konfransda regionun sosial-iqtisadi inkişafı ilə bağlı mühazirələr dinlənilib. UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının professoru Elnur Sadıqov “Valyuta bazarı və Azərbaycanın pul-kredit siyasəti” məruzə ilə çıxış edib. Sonda məruzəçilərə diplomlar təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay