Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür.
Bu münasibətlə UNEC-də ilk dərslər Ulu öndərə həsr olunub. Professor və müəllim heyəti tələbələrə dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.
UNEC-in professor, müəllim və tələbə heyəti, o cümlədən əməkdaşları Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət ediblər. UNEC kollektivi ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
UNEC-in professor-müəllim heyəti və tələbələrinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil edilib. Tələbələrə Heydər Əliyev Mərkəzi barədə ətraflı məlumat verilərək bildirilib ki, mərkəz müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir. Ziyarətçilər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.
Dahi şəxsiyyətin doğum günü münasibəti ilə UNEC-də tələbə elmi konfransları, idman yarışları və digər tədbirlər də keçirilib.