A

“Express Bank” UNEC-in beynəlxalq təcrübə keçən magistr və tələbələrinin işə qəbulu ilə əlaqədar universitetə müraciət edib.

Ötən tədris ilində UNEC-in tələbə və magistrləri Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən banklarda təcrübə keçərək, beynəlxalq bank təcrübəsini öyrəniblər. Təcrübənin sonunda tələbə və magistrlərin bank sahəsində bilikləri yüksək qiymətləndirilib, onlara sertifikatlar təqdim edilib.

“Express Bank” beynəlxalq təcrübədə iştirak edən tələbə və magistrlərin bankda işlə təmin olunması məqsədilə onlarla görüş keçirəcək. Görüş zamanı onların bank əməliyyatları üzərində nəzəri və praktiki bilikləri yoxlanılacaq. Müsahibədən uğurla keçənlər bankda işlə təmin olunacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay