A

UNEC-in Zaqatala filialında “Açıq qapı” günü keçirilib.

Müəllim, tələbə və valideynlərlə görüşdə filialın direktoru, professor Orucəli Rzayev bildirib ki, “Açıq qapı” günlərinin keçirilməsi imtahan sessiyası dövründə obyektivlik və şəffaflığın təmin edilməsində mühüm rol oynayır. Sessiya dövründə hər həftənin şənbə günü “Açıq qapı” təşkil olunacağını diqqətə çatdıran O.Rzayev, imtahanların ictimaiyyətə açıq keçirildiyini vurğulayıb.

Görüşdə İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova 2017/18-ci tədris ilinin yay sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün görülən hazırlıq işləri barədə ətraflı məlumat verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay