A

İyunun 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda UNEC-in rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Konfrans çərçivəsində universitetlər tərəfindən yaradılan startaplar və onların nailiyyətlərini əks etdirən sərgi nümayiş olunub.

UNEC sərgidə “Greenbiz” startapı ilə təmsil olunub. Tədbir iştirakçılarının marağına səbəb olan UNEC-in stendində ziyarətçilərə quru meyvə və tərəvəzlərin qurudulması texnologiyaları və onun kommersiyalaşdırılması haqqında məlumat verilib. UNEC-in nüamyəndələri bu layihənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm addım olduğunu xüsusi vurğulayıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay