A

UNEC-də “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində xarici ekspertlərlə görüş keçirilib.

Görüşdə Xanoy Elm və Texnologiya Fransa-Vyetnam Universitetinin baş direktoru Gerard Gasquet, Tədqiqat və Litva Ali təhsilin Monitorinqi və Təhlili Mərkəzinin sektor müdiri Gintautas Jakstas və layihənin koordinatoru Liza Baydanova iştirak ediblər. Layihənin məqsədi məzunların əmək bazarının tələblərinə uyğun hazırlanması, ali təhsil müəssisələri tərəfindən onların məşğulluğuna dəstəyin göstərilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında məlumatların toplanması və təhlillərin aparılmasıdır.

Beynəlxaq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Anar Rzayev qonaqları UNEC haqqında məlumat verərək, tələbələrin əmək bazarının tələbinə uyğun hazırlanması istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, UNEC-də məzunların məşğulluğunun təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

UNEC-in Biznes Mərkəzinin direktoru Asəf Əsədov sahibkarlıq universitetinin yaradılması ilə əlaqədar UNEC-də həyata keçirilən tədbirlərdən söz açıb.

UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev və İnnovativ Biznes İnkubatorun direktoru Mircavid Həsənov tələbələrin gələcək karyera inkişafı istiqamətində həyata keçirilən layihələr, tələbə startaplarının yaradılmasında maddi-texniki və tədris-metodiki dəstək barədə ətraflı məlumat veriblər.

Ekspertləri maraqlandıran sualların cavablandırıldığı toplantıda layihə ilə bağlı görüşlərin davam etdirilməsinə dair razılıq əldə edilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR