A

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk dərs günü keçirilib.

UNEC-in bütün tədris binalarında ilk dərs günü ali məktəbə ilk dəfə daxil olan tələbələr və yuxarı kurslarda təhsil alanlar üçün bayram ab-havası ilə yadda qaldı. 

Ali təhsil yolunda tələbələrin bələdçisi olan müəllimlər tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıblar. 

Hər il olduğu kimi bu il həmçinin UNEC-ə yüksək bal toplayıb daxil olan tələbələrin sayı artıb. 2016-17-ci tədris ilində 291 tələbə 600-dən yüksək bal toplayaraq UNEC-ə daxil olmuşdusa, bu il 347 tələbə bu nailiyyətə imza atıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay