KİS-in yeni 9001:2015 standartının təsdiq edilməsi ilə əlaqədar 27-30 iyun 2018-ci il tarixlərində UNEC-in 28 nəfərdən ibarət işçi qrupuna Türk Standartları İnstitutunun baş auditoru və təlimçisi Teyfik Bıyıklı tərəfindən təlim keçirilmişdir. Təlimin nəticələrinə müvafiq olaraq iştirakçılara KİS üzrə beynəlxalq auditor sertifikatı təqdim olunmuşdur.
4 gün davam edən təlim müddətində yeni tətbiq olunan standartın maddələri haqqında geniş praktiki məlumatlar verilmiş və standartdakı dəyişikliklər təlim iştirakçılarının diqqətinə çatdırılmışdır.
Eyni zamanda UNEC rektorunun müvafiq göstərişinə əsasən 17 sentyabr 2018-ci il tarixindən 04.10.2018-ci il tarixinədək universitetin struktur bölmələrində KİS üzrə daxili auditin keçirilməsi nəzərdə tutulur.
Məlum olduğu kimi, UNEC respublika ali təhsil müəssisələri arasında TS EN ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi üzrə sertifikat almış ilk dövlət ali təhsil müəssisəsidir.