A

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov ilə BFB-nın nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı Z.Məmmədov bildirib ki, UNEC ilə BFB arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr getməkdədir. Aparılan danışıqlar çərçivəsində, UNEC ilə Bakı Fond Birjası (BFB) arasında anlaşma Memorandumunun  imzalanması barədə qərar qəbul edilib.

Hazırda sənədin yekun versiyasının hazırlanması üzərində hər iki tərəfin mütəxəssislərindən ibarət işçi qrupu çalışır. Yaxın vaxtlarda imzalanması gözlənilən sənəd iki müəssisə arasında əməkdaşlığı daha möhkəmləndirəcək, yeni layihələrin icrasına start verəcək.

UNEC ilə BFB arasında əməkdaşlıq bir neçə istiqamətdə qurulacaq. BFB-nin aparıcı şirkətlərinin rəhbərləri UNEC-ə tələbələrə öz fəaliyyəti barədə məlumat vermək üçün dəvət ediləcəklər. Bir neçə şirkət ilə bu istiqamətdə razılaşma artıq əldə edilib.

Layihə çərçivəsində “Fond Birjası: iqtisadiyyatın barometri kimi” adlı Azərbaycan üçün yeni, konseptual yanaşma və praktiki məsələlərin yer alacağı kitabın nəşri nəzərdə tutulub. Nəşrdə BFB-nin ən aktiv şirkətləri, maraqlı təcrübələr haqqında məlumatlar yer alacaq.

Görüş zamanı, BFB-nın Beynəlxalq münasibətlər və korporativ kommunikasiyalar şöbəsinin müdiri Çingiz Hüseynov qeyd etdi ki, ölkənin aparıcı universitetlərindən biri olan UNEC ilə Birja əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Əməkdaşlıq çərçivəsində UNEC və BFB-nın birgə təşkilatcılığı ilə sektor üçün əhəmiyyətli olacaq maliyyə konfransının keçirilməsi nəzərdə tutulub. Biznes nümayəndələri və tələbələr üçün təşkil ediləcək konfrans çərçivəsində BFB-nin aparıcı şirkətlərinin və digər tərəflərin iştirakı ilə maliyyə sərgisi keçiriləcək.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR