A

UNEC missiyasını layiqli şəkildə yerinə yetirmək və qarşısına qoyduğu strateji hədəfləri reallığa çevirmək məqsədilə Elmi Şurada öz dəyərlərini təsdiqləyib.

Regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsinin bütün heyəti üçün vahid yanaşma formalaşdıran “UNEC-in dəyərləri” akademik azadlıq, akademik etika, layiqlilik, şəffaflıq, mükəmməllik, keyfiyyətlilik, iştirakçılıq, fərqliliklərə hörmət, cəmiyyət mənafeyini düşünmək kimi yüksək mənəvi keyfiyyətləri özündə birləşdirib.

“UNEC-in dəyərləri”nə əsasən, tədqiqat, tədris və sosial xidmət fəaliyyətlərində elmi prinsiplərə sadiq olaraq, akademik azadlıq və akademik etika qorunur, müəlliflik hüquqlarına hörmətlə yanaşılır. Dəyərlərə görə, UNEC-də akademik və inzibati vəzifələrdə hər bir fərdə bərabər imkanlar yaradılır və layiq olana üstünlük verilir. Bu ali təhsil müəssisəsinin bütün fəaliyyəti daima ictimaiyyətə açıq şəkildə həyata keçirilir.

UNEC dəyərləri ehtiva edir ki, fəaliyyətlərində hər zaman daha mükəmməl olanı əldə etməyə çalışan UNEC ailəsi, həm də yüksək keyfiyyət prinsipinə sadiqdir. Səmərəli idarəetmənin bütün mərhələlərində UNEC üzvlərinin fəal iştirakı təmin edilir. Dəyərlərə görə, cəmiyyətin mənafeyini fəaliyyətinin önündə tutan UNECbu istiqamətdə bütün maraqlı tərəflərin fərqli fikirlərinə böyük önəm verir.

UNEC dünya universitetlərinin beynəlxalq reytinqlərində “Yaşıl universitet” statusunu qazanaraq, dayanıqlı inkişaf naminə ekoloji tarazlığın qorunması istiqamətində də inamla addımlayır. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR