A

UNEC-in professor-müəllim heyəti İmtahan Mərkəzinin fəaliyyət istiqamətləri və təkmilləşdirilmiş differensial əməkhaqqı sistemi barədə məlumatlandırılıb.

UNEC-in bütün fakültələrində keçirilən görüşlərdə rektorun müşaviri, dosent Elşən Bağırzadə yeni tədris ili üçün təsdiq edilən “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əməkhaqqı sistemi haqqında qaydalar”a edilən dəyişikliklər barədə professor-müəllim heyətinə ətraflı məlumat verib. Bildirib ki, dəyişikliklərin məqsədi UNEC-in tədqiqat universitetinə çevrilmə istiqamətindəki strateji hədəfinə nail olmaqdır. Pedaqoji heyətə yenilənən qaydalarda sistem üzrə elmi fəaliyyətlərin payı 40 faizdən 70 faizə yüksəldildiyi bildirilib. Eyni zamanda “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin, beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsinə, istinadlara görə verilən balların əhəmiyyətli dərəcədə artırıldığı və “Scopus” bazasında elmi məruzələrin nəşr edilməsinin də nəzərə alındığı çatdırılıb.

Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktoru Raqif Qasımov Elektron Universitet Modelində tətbiq edilən yeniliklər barədə çıxış edib. Peqaqoji heyətə müəllim kabinetinin interfeysi, tədris materiallarının yüklənməsi prosesi, apelyasiya modulu, sərbəst işlərin qəbulu mexanizmi, elan və bildirişlər bölmələri haqqında məlumat çatdırılıb.

Görüşdə Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktor müavini, dosent Söhrab İsayev İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərindən bəhs edib. Bildirib ki, mərkəz imtahan prosesinin təkmilləşdirilməsi və mütəşəkkil təşkil olunması məqsədilə yaradılıb. İmtahan Mərkəzi fakültələr üzrə imtahan prosesinin koordinasiyasını, imtahan öncəsi hazırlıq işlərini, müraciətlərin operativ həlli, təhlillərin aparılması üçün hesabatların tərtibi və digər fəaliyyətləri icra edəcək.

Görüşlər zamanı pedaqoji heyətin sualları cavablandırılıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR