A

“Dünyagöz” klinikasının yüksək ixtisaslı oftalmoloqları UNEC-də oftalmoloji aksiya keçirir.

Aksiyanın məqsədi göz xəstəliklərindən əziyyət çəkən insanları müayinə etmək, problemin həlli istiqamətində onlara yardım göstərməkdir.

UNEC-in tələbə poliklinikasında quraşdırılan müayinə avadanlıqları vasitəsilə oftalmoloqlar universitetin müəllim, tələbə və əməkdaşlarını müayinə edib. Aksiyanın ilk günü 100-ə yaxın tələbə və əməkdaşın səhhətində yaranan problemlər müəyyən edilərək, müalicəsi üçün dəstək göstərilib.

Oftalmoloji aksiya UNEC-in bütün tədris binalarında keçiriləcək və ödənişsizdir.

Aksiyanın UNEC-in əsas tədris binasında (İstiqlaliyyət küç. 6) 10-17 oktyabr, II tədris binasında (Həsən Əliyev küç.135), 18-26 oktyabr, IV tədris binasında isə (Abbas Səhhət küç. 135A) 29 oktyabr -1 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay