A

Bakı Ekspo Mərkəzində start götürmüş XII Azərbaycan beynəlxalq təhsil sərgisi çərçivəsində UNEC stendi ziyarətçilərin xüsusi marağına səbəb olub. 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov və nazir müavini Məhəbbət Vəliyeva UNEC stendinin xüsusi ziyarətçiləri oldular. 

Xüsusi qonaqlara məlumat verildi ki, ekspozisiyada UNEC-in təqdim etdiyi mübadilə proqramları, UNEC-də təhsil alaraq xarici ölkələrin nüfuzlu ali məktəblərinin diplomlarını almaq imkanları, əlavə təqaüd fürsətləri, UDİD və digər faydalı məlumatlar əks olunub. 

Xüsusi ziyarətçilər UNEC stendində Texnologiya və dizayn fakultəsinin tələbələrinin əl işlərini yerinə yetirmə prosesini izlədilər. Burada tələbələr parçanın kompüterdə qrafik tərtibatı, nimçələrə ornamental naxışların vurulması, akril boyalarla rəsm işləri yerinə yetirirdilər. UNEC stendində həmçinin dekorativ incəsənət nümunələri, molbert üzərində tələbələrin əl işləri, dekorativ natürmort, qrafik, dekorativ boyakarlıq nümunələri xüsusi marağa səbəb oldu. 

Gün ərzində ali təhsil imkanları ilə maraqlanaraq UNEC stendinə yaxınlaşan ziyarətçilərin sualları cavablandırılıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR