A

UNEC-in Zaqatala filialında 18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə əlaqədar "Dövlət müstəqilliyi ən böyük sərvətimizdir" mövzusuna həsr edilmiş tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.

Tədbiri giriş sözü ilə filialın direktoru professor, Orucəli Rzayev açaraq bu günün əhəmiyyəti barədə danışmışdır. O.Rzayev xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında misilsiz xidmətlərindən danışmış, dahi rəhbərimizin ideyalarının Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır.

Direktor əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.

Tədbirdə, həmçinin, AMEA-nın Hüquq və insan haqları institunun Beynəlxalq münasibətlər və insan hüquqları şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşirli, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov çıxış etmişlər.

Tədbirdə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş film izlənilmişdir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR