A

UNEC-in rektorunun əmri ilə Aqil Əzizov Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru vəzifəsinə təyin olunub.

O, bu vəzifəyə təyin olunanadək UNEC-in SABAH mərkəzinin rəhbər müavini vəzifəsində çalışıb.

A.Əzizov 1987-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Amasiya rayonunda anadan olub. Bakı Dövlət Universitetində “İnzibati idarəetmə” ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində eyni ixtisas üzrə magistratura təhsili alıb.

2012-2014-cü illərdə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya krallığında Kraliçanın Belfast Universitetində (Queen’sUniversity Belfast) mühasibatlıq və maliyyə ixtisası üzrə magistr təhsili alıb.

A.Əzizov 2014-cü ildən UNEC-də mühasibatlıq və maliyyə fənlərini tədris edir.  O, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru olmaqla yanaşı, "Beynəlxalq iqtisadiyyat" (ingilis dilində) kafedrasının müəllimidir. 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay