A

UNEC ilə “Aqroservis” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədə əsasən, yüksək ixtisaslı mütəxəssislərin hazırlığında ikitərəfli əlaqələrin təkmilləşdirilməsi, tələbə və magistrantlara təcrübə qazanmaları üçün müvafiq şəraitin yaradılması, məzunların işlə təminatında dəstəyin göstərilməsi, elmi-metodik resurs mübadiləsi həyata keçiriləcək.

Əlavə olaraq aqrar sektorda fəaliyyət göstərən mütəxəssislərin elm və təhsil bazasının gücləndirilməsi, onların tədris prosesinə cəlb olunması,  professor-müəllim heyəti tərəfindən şirkət əməkdaşlarının iqtisadiyyat, idarəetmə və marketinq sahəsində müasir tələblərə uyğun maarifləndirilməsi, xüsusi ixtisasartırma proqramlarının hazırlanması, kənd təsərrüfatı məhsullarının ixracına dair UNEC dəstəyinin göstərilməsi istiqamətində də addımlar atılacaqdır.

UNEC və “Aqroservis” şirkətinin nümayəndlərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən rektor, professor Ədalət Muradov real sektorla qurulan əlaqələrin əhəmiyyətindən danışıb. Bildirilib ki, memorandumda nəzərdə tutulan istiqamətlərin həyata keçirilməsi, o cümlədən digital marketinq xidmətlərinin təklifi, təlim proqramlarının hazırlanması, tələbələr arasında aqrar sektorla bağlı startap ideyalarının cəlb olunması və digər istiqamətlərdə işlərə başlanacaq.

“Aqroservis” şirkətinin rəhbəri, professor Hüseyn Hüseynov öz növbəsində yaradılan şəraitə görə öz təşəkkürünü bildirib və əməkdaşlığın səmərəli nəticə verəcəyini bildirmişdir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR