A

UNEC-in Zaqatala filialında Konstitusiya Günü ilə əlaqədar "Hüquqi dövlətin əsasları" mövzusunda hüquq olimpiadası keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Qurbanova, Zaqatala rayonu İcra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova iştirak ediblər. 

Olimpiadada Mühasibat uçotu və audit, İqtisadiyyat, həmçinin Maliyyə ixtisaslarında təhsil alan tələbələr iştirak etmişdir. 

Maraqlı mübarizə şəraitində keçirilmiş olimpiadada sualları cavablandırmaq üçün tələbələrə 1 saat vaxt verilmişdi. 

Olimpiada qaliblərin rəsmi təltifetmə mərasimi 9 noyabr 2018-ci il tarixində Zaqatala filialında keçiriləcəkdir. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR