A

UNEC-də 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş "Dünəndən bu günə Bayrağımız" adı altında tədbir keçirilmişdir.

Tələbə Elmi Cəmiyyətinin, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin, “Tələbə Araşdırma Mərkəzi”nin və “Gənc biznesmenlər” tələbə dərnəyinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.

Tədbiri UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova giriş sözü ilə açmış və 2009-cu il noyabrın 17-də Prezident Cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzamasının tarixi hadisə olduğunu bildirmişdir.

Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkə vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.

Tədbirin davamı olaraq Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Tədbir tələbələrin ifasında şeir, mahnılarla davam etdirilmişdir.

Tədbir iştirakçılarının diqqətinə Azərbaycan ərazisində yaranmış orta əsr dövlətlərinin bayraqları və onlar haqqında ətraflı məlumatlar çatdırılmışdır.

Tədbir səhnədə Dövlət Bayrağının dalğalanması və B.Vahabzadənin "Azərbaycan bayrağı" şeirinin səsləndirilməsi ilə sonlandırılmışdır. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR