A

UNEC-də Milli Dirçəliş Günü ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

Növbəti tədbir Maliyyə və mühasibat fakültəsində keçirilmişdir. Tədbirdə Maliyyə və mühasibat fakültəsinin dekan müavini Anar Hüseynov Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən danışmışdır. A.Hüseynov bu günün Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin əsas mərhələlərindən biri olduğu üçün dövlətimiz və xalqımız tərəfindən bayram kimi qeyd edilməsini diqqətə çatdırmışdır. 

Sonra “Humanitar fənlər” kafedrasının professoru Məhəbbət Paşayeva çıxış edərək Azərbaycan xalqının 1988-ci il noyabrın 17-də azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi olduğunu qeyd etmişdir. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR