A

UNEC-də 17 noyabr – Milli Dirçəliş Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Bu qəbildən olan növbəti tədbir UNEC-in Ekspertiza və standartlaşdırma fakültəsində təşkil olunmuşdur.

Tədbirdə Azərbaycanın müstəqilliyinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində ökənin inkişaf etdiyi bildirildi.

Tədbiri fakültənin dekanı, dosent Tofiq Osmanov açaraq, Milli Dirçəliş Gününün 1992-ci ildən rəsmi bayram kimi qeyd olunduğunu, noyabr hadisələrinin Azərbaycanın dövlət müstəqilliyini bərpa edilməsində böyük rol oynadığını və Azərbaycan xalqının sarsılmaz iradəsinin göstəricisi olduğunu bildirdi.

“Humanitar fənlər” kafedrasının professoru Hidayət Cəfərov 1988-ci ildə Sovet imperiyasının dağılması ilə bağlı onun hüdudları daxilində çaxnaşmaların baş verdiyini, noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqlərinin başladığını, “mitinq” hadisələrinin milli-azadlıq hərəkatının başlanğıcında əsas amil olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Sonda tələbələrin ifasında “Milli Dirçəliş Günü”nə həsr olunmuş şeirlər səsləndirildi, sənədli videoçarx nümayiş etdirildi.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR