A

Bu gün Heydər Əliyev Mərkəzində “İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” adlı filmin və kitabın təqdimat mərasimi keçirilib.

UNEC rəhbərliyi, rektor professor Ədalət Muradov tədbirdə iştirak etmişdir. 

Əvvəlcə Prezident İlham Əliyevin on beş illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov ölkəmizin müasir dövrdəki nailiyyətlərinin Prezident İlham Əliyevlə bağlı olduğunu vurğulayıb. On beş il ərzində həyatın bütün sahələrində böyük irəliləyişlər baş verdiyini, möhtəşəm uğurlar qazanıldığını diqqətə çatdıran Əli Əhmədov qeyd edib ki, ölkəmiz coğrafi baxımdan kiçik əraziyə malik olsa da, həyata keçirdiyi qlobal layihələr sayəsində dünyanın humanitar, enerji, nəqliyyat, idman mərkəzlərindən birinə çevrilib. Bu gün Azərbaycan, sözün həqiqi mənasında, öz inkişafının qızıl əsrini yaşamaqdadır və bu dövr hələ uzun müddət davam edəcək. Xalqımız bundan sonra da taleyini Heydər Əliyev siyasəti ilə, bu kursu uğurla davam etdirən Prezident İlham Əliyevlə bağlayacaq. Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər gözləyir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay