A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) rektor professor Ədalət Muradovun iştirakı ilə “Açıq qapı” günü keçirilib.

UNEC-də ənənəvi olaraq keçirilən tədbirin əsas məqsədi şəffaflığın və obyektivliyin daha da effektiv təmin edilməsi, müraciət və sorğuların operativ cavablandırılmasıdır.

Rektorun sədrliyi ilə UNEC rəhbərliyi tələbələri, valideynləri və digər vətəndaşları qəbul edərək ünvanlanan müraciətləri dinləmişdir. Qış imtahan sessiyası, UNEC-də işə qəbul və digər məsələlərlə bağlı müraciətlərin bəziləri yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və həlli məqsədilə müvafiq fakültə, kafedra və mərkəz rəhbərlərinə rektor tərəfindən tapşırıqlar verilmişdir. 

UNEC-də "Açıq Qapı"ların keçirilməsi davam etdiriləcək. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay