A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbinin müəllimi Fəridə Əsgərzadə gənc sahibkarlar adından çıxış etmişdir. Çıxışda ölkədə dövlət başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və məşğulluğunun təmin olunması üçün münbit şəraitin yaradıldığı bildirilmişdir. F.Əsgərzadə gənc sahibkarların Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərdiyi etimadı doğrultmalarının zəruriliyini vurğulayaraq, yeni ideyalarla Azərbaycanın davamlı və daha da sürətli inkişafı üçün birlikdə çalışmağın vacibliyini qeyd etmişdir.

Proqramın sonunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva ilə Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi arasında qısa dialoq baş tutmuşdur. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay