A

UNEC-in rektoru, professor Ədalət Muradov universitetdə təhsilin keyfiyyətinin daha da artırılması, idarəetmənin, eləcə də müəllim-tələbə münasibətinin müasir səviyyədə qurulması istiqamətində universitetə yeni dəyərlər qazandıra biləcək təklifləri olan müəllimlərlə görüşüb.

Rektorun UNEC müəllimlərinə ünvanladığı müraciət əsasında universitetin 12 müəllimi təkliflərlə çıxış edib. Görüşdə müəllimlərin tədrisin keyfiyyətinin artırılması, dərs vəsaitlərinin, imtahan prosesinin daha da təkmilləşdirilməsi, tələbə mobilliyinin təmin edilməsi, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və digər istiqamətlərdə hazırladıqları təklifləri dinlənilib, müzakirələr aparılıb. Rektor bır sıra təkliflərin həyata keçirilməsi istiqamətində müəllimlərə tövsiyələrini verərək, onları bu işdə daha fəal və təşəbbüskar olmağa çağırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay