A

 Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan "XX əsrin faciəsi - Xocalı soyqırımı" mövzusunda anım tədbiri keçirilib.

Tədbirdən öncə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollecin direktoru dosent Oruc Məmmədov Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu bildirərək, 1992-ci il fevralın 26-da erməni hərbi birləşmələrinin Xocalı şəhərində genosid aktı həyata keçirdiklərini diqqətə çatdırıb.

Kollecin Humanitar və sosial fənn birləşmə komissiyasının sədri Mahal Zeynalova tədbirdə Xocalı soyqırımı barədə geniş məruzə ilə çıxış edib. Kollecin Tələbə Gənclər Təşkilatının üzvləri Xocalı soyqırımına həsr etdiyi proqramla çıxış ediblər.

Tədbirdə Xocalı soyqırımına həsr olunan sənədli film nümayiş olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR