A

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə yanaşı, on minlərlə insanın qatıldığı ümumxalq yürüşündə UNEC-in kollektivi də iştirak edib. Ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət ediblər. Ziyarətçilər abidənin önünə gül dəstələri düzüblər, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay