A

UNEC-də 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə konsert təşkil edilib.

Tələbələrlə iş üzrə prorektor, əməkdar müəllim Səadət Qəndilovanın, professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbir ali məktəbin bütün xanım əməkdaşlarına və tələbələrinə təbrik olaraq keçirilmişdir. 

UNEC Yaradıcılıq Mərkəzinin üzvləri Rəşad Aslan və Zəkəriyyə Heydərovun aparıcı olduqları konsert proqramında UNEC Xalq Calğı Alətləri Ansamblının biri-birindən fərqli, maraqlı ifaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı, müəllim və tələbə heyəti rəqslərə qoşuldular. 

Xüsusi maraqla professor Abbas Seyidovun sazda performansı və UNEC əməkdaşı Rizam Mehdiyevin  Azərbaycan və İtalyan dilində mahnı ifa etməsi professor-müəllim heyəti tərəfindən  böyük çoşqu ilə qarşılandı.

Konsertin sonunda UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova çıxış edərək universitet rəhbərliyinə, hörmətli rektor, professor Ədalət Muradova və konsertin ərsəyə gəlməsində zəhməti keçənlərə təşəkkürünü bildirdi. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR