Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədris binalarında, Dərbənd və Zaqatala filiallarında, UNEC nəzdində Maliyyə-İqtisad Kollecində, eləcə də Quba tədris, idman və istirahət mərkəzində yanğın təhlükəsizliyinin təmin edilməsinin yoxlanılması məqsədilə komissiya yaradılıb.

Komissiya Azərbaycan Respublikasının “Yanğın Təhlükəsizliyi haqqında” Qanununun tələblərinə uyğun olaraq, həmin binalarda yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi, onların yanğından mühafizə vasitələri ilə təmin olunması, eyni zamanda mövcud qurğu və avadanlıqların vəziyyətini araşdıracaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay