A

Mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevə həsr edilən TEDx UNEC konfransı keçiriləcək.

Konfransın mövzusu “Azərbaycan. Lider. Tərəqqi”dir. Konfrans Azərbaycanda Ulu Öndərə həsr olunan ilk TEDx tədbiridir.

TEDxUNEC konfransında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Liderlik fəlsəfəsi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı “Azərbaycanın Lideri”, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Liderin Azərbaycanı” mövzuları ilə çıxış edəcəklər.

TEDx konfransı may ayının 7-də UNEC-in əsas tədris binasının (İstiqlaliyyət küçəsi, 6) böyük akt zalında saat 10:00-da təşkil olunacaq.

Konfransda iştirak haqqı 15 AZN-dir. Ödənişlər asanpay.az portalında “Təhsil ödənişləri” - “Azərbaycan Dövlət İqtisad Universiteti” bölməsini seçməklə online həyata keçirilir. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR