A

UNEC-in rektoru, professor Ədalət Muradov KOBİA-nın Departament müdiri Cəlal Rəhimovla görüşüb.

Görüşdə KOB İnkişaf Mərkəzi ilə UNEC arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Mikro, kiçik və orta biznes sahəsində sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, təlim, informasiya, məsləhət dəstəyinin göstərilməsi və bu sahədə müxtəlif tədbirlərin vahid məkanda və əlaqələndirilmiş formada təşkil edilməsi məqsədilə vahid mərkəzin yaradılması imkanları müzakirə olunub.

Rektor Ədalət Muradov UNEC-də artıq effektiv fəaliyyətə göstərən, biznesə xidmət məqsədi ilə yaradılan obyektlər barədə məlumat verib. Ən müasir tələblərə cavab verən, eyni zamanda 18 min izləyicinin “online” tədris ala biləcəyi UNEC Extern, ölkənin aparıcı şirkətləri ilə əməkdaşlıq edən UNEC Karyera Mərkəzi, Biznes İnkubator, Yunus Sosial Biznes Mərkəzi, Maliyyə Laboratoriyası, UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksinin və digər bölmələr artıq tələbələrimizin xidmətindədir. Bu bölmələrin KOB İnkişaf Mərkəzinin istifadəsinə verilməsi tədqiqat universitetinə transformasiya istiqamətində ciddi addımlar atan, UNEC2B platformasına inkişaf etdirərək, biznes subyektləri ilə aktiv əməkdaşlıq edən UNEC üçün maraqlı olduğu diqqətə çatdırıldı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay