UNEC-də “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib.
İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev layihənin məqsədi barədə tələbələrə məlumat verib. Bildirib ki, İƏT modeli proqramının əsas məqsədi İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatlatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.
Tədbirdə iştirak edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Beynəlxalq münasibətlər nəzəriyyələrinə müasir baxış: qlobal məsələlərin təhlilində konseptual çərçivə" mövzusunda çıxış edib.
Səfər çərçivəsində Fərid Şəfiyev UNEC-in 24/7 kitabxanası və UNEC Ekstern Mərkəzi ilə də tanış olub.
Layihə ilə bağlı Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş qonaq səfir qismində UNEC-də olub. Səfir Mərakeşin tarixi, mədəniyyəti, iqtisadiyyatı, beynəlxalq əlaqələri və xarici siyasəti ilə bağlı təqdimatla çıxış edib.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.