A

UNEC-in rektoru, professor Ədalət Muradovun növbəti qəbul günü keçirilmişdir.

Tələbələrin, valideynlərin, UNEC əməkdaşlarının iştirakı ilə ənənəvi olaraq, hər həftə keçirilən qəbulda bütün müraciətlər rektor tərəfindən diqqətlə dinlənilmiş, əksər məsələlər yerindəcə həll edilmişdir.

Müraciətlər əsasən, UNEC-də işə qəbul, təqaüdün verilməsi, 0,5 ştatdan tam ştata keçmək, təhsil haqqının ödənilməsində güzəşt, dərslərdə iştirak etməyən tələbənin müstəsna hal kimi imtahanlara buraxılması, xarici ali təhsil müəssisəsində magistraturaya daxil olmaqla əlaqədar attestatın aposter üçün müvəqqəti götürülməsi ilə bağlı olmuşdur.

Qəbulda UNEC-in qızlardan ibarət voleybol komandasının birinci liqada qalib gələrək, super liqa oyunlarına vəsiqə qazanması ilə əlaqədar İdman klubunun üzvləri ilə də görüş keçirilmişdir. Rektor UNEC-in qızlardan ibarət voleybol komandasının gücləndirilməsinin vacibliyinə toxunaraq, bu sahədə işlərin aktivləşdirilməsinin zərurətini vurğuladı.   

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay