A

Əziz tələbələr,

Yeni bilik və bacarıqlara sahiblənmək üçün böyük həvəslə çalışdığınız növbəti tədris ilinə yekun vurmaqdasınız. Əminəm ki, əzmkarlıq və zəhmət sayəsində hədəfinizə doğru yeni-yeni uğurlar qazanacaq, bilik mübarizəsində layiqli nailiyyətlər əldə edəcəksiniz.

Qarşıdan gələn yaz imtahan sessiyasında obyektivlik və şəffaflıq hər zaman olduğu kimi bizim dəyişilməz mövqeyimiz olaraq daim qorunacaqdır.

Hörmətli valideynlər,

Hər uğurunda böyük əməyiniz olan övladlarınıza dəstək olmaq üçün sizi imtahan prosesini izləməyə dəvət edirəm. Hər birinizi universitetimizdə görməkdən böyük məmnunluq hissi duyarıq.

Ənənəmizi qoruyaraq, bu imtahan sessiyası müddətində də tələbə, valideyn və ictimaiyyət nümayəndələrinin müraciətlərini dinləmək üçün hər həftənin şənbə günü saat 10:00-dan başlayaraq universitetimizdə “Açıq qapı” təşkil ediləcəkdir.

KİV, qeyri-hökümət təşkilatları və ictimaiyyət nümayəndələrini imtahan sessiyasını yaxından izləmək, “Açıq qapı” günlərində iştirak etmək və müstəqil təhlillər aparmaq üçün UNEC-ə dəvət edirik. Hər bir rəy bizim üçün dəyərlidir.

Hər hansı sual və təklifə görə universitetin 1846 Qaynar xətti, imtahan prosesi barədə mərkəzləşmiş Apellyasiya Komissiyası və hər tədris binasında fəaliyyət göstərən Qərargahlar yenə də xidmətinizdə olacaq. İmtahan sessiyası ilə bağlı bütün müraciətlərinizi bu məqsədlə yaradılmış və imtahan sessiyası müddətində fəaliyyət göstərəcək “UNEC İmtahan” facebook səhifəsinə ünvanlaya bilərsiniz.

Əziz tələbələr!

Bir daha hər birinizə uğurlar arzulayır, ən xoş arzularımı çatdırıram.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay