A

Rusiyanın Ali İqtisad Məktəbinin (AİM) nümayəndə heyəti  UNEC-də olub. Prorektorlar  Sergey Roşin və Mariya Yudkeviç başçılıq etdiyi nümayəndə heyəti UNEC-də bir sıra görüşlər keçiriblər.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. UNEC-lə Rusiyanın Ali İqtisad Məktəbinin (AİM)  ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

AİM-in nümayəndə heyəti UNEC-in professor-müəllim heyəti ilə də görüşüb. S.Roşin professor-müəllim heyətinə “Rusiya Ali İqtisad Məktəbində təhsilin idarəedilməsi innovasiyası” mövzusunda təqdimatla çıxış edib. O, AİM-də aparılan son islahatlar və perspektivlərdən söz açıb.

Nümayəndə heyəti Rus İqtisad Məktəbi (RİM) ilə tanış olub. RİM-nin direktoru, dosent Mənsur Barxudarov qonaqlara fakültənin yaradılması və məqsədləri barədə ətraflı məlumat verib. Həmçinin UNEC-in Rusiyanın nüfuzli ali təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərindən də söz açıb. O, UNEC-lə Moskva Dövlət Humanitar İqtisad Universiteti arasında ikili diplom proqramı istiqamətində razılaşmaların əldə olunduğunu diqqətə çatdırıb. Görüşdə hər iki ali təhsil müəssisəsi arasında tələbə-müəllim mübadiləsi, birgə təcrübələrin təşkili, elmi konfransların keçirilməsi barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində rusiyalı qonaqlar UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev, elm və innovasiyalar üzrə  prorektor, professor Sakit Yaqubovun rəhbərliyi ilə təşkil olunan dəyirmi masalarda iştirak ediblər. Görüşdə qonaqlara universitetin elektron idarəetmə sistemi, elektron sənəd dövriyyəsi və Differensial əmək haqqı sistemi barədə məlumat verilib. UNEC-in Avropanın və ABŞ-ın nüfuzlu universitetləri ilə bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramları, eləcə də gənc müəllimlərin təcrübəsinin təşkili, İdman və İstirahət Kompleksində yay və qış məktəbləri, UNEC Extern Mərkəzinin bazasında birgə onlayn kurslar, müəllim-tələbə mübadiləsi, birgə elmi laboratoriyaların qurulması, indeksli jurnallarda birgə məqalələrin çap olunması, UNEC doktorantlarının “Российсие постдоки” proqramında iştirak etmək imkanları haqqında müzakirələr aparılıb.

AİM-in nümayəndə heyəti Quba Tədris, İdman və İstirahət Kompleksində və UNEC-in Dərbənd filialına da səfər ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR