A

UNEC-də yay imtahan sessiyasının növbəti “Açıq qapı” günü İctimai Nəzarət Şurasının üzvləri tərəfindən keçirilib.

UNEC İctimai Nəzarət Şurasının üzvlərindən qəbulda əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü və “Təhsil Şurası” İctimai Birliyinin sədri, professor Hikmət Əlizadə iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradovun iştirakı olmadan keçirilən “Açıq qapı”da İctimai Nəzarət Şurasının üzvləri tələbə, valideyn və universitet əməkdaşlarının müraciətlərini dinləyiblər. Müraciətlər əsasən imtahanlarda güzəştlərin edilməsi, diplom işində plagiatın aşkarlanması, qaib limiti, təhsil haqqı borcu və dərs yükü ilə bağlı olub. İctimai Nəzarət Şurasının üzvləri müraciətləri dinlədikdən sonra onların həlli və araşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR