A

UNEC-in nüfuzlu xaricuniversitetlərdə 1 il müddətinədək tədqiqat aparmaq üçün dəvət alan professor-müəllim heyətinin tədqiqat apardıqları müddətdə əmək haqlarının saxlanılması haqqında qaydalar təsdiqlənib.

Qaydalara əsasən, tədqiqatçının xarici universitetdə tədqiqat  apardığı müddətdə UNEC-dəki iş yeri və elmi-pedaqoji fəaliyyətinə görə vəzifə maaşı saxlanılacaq.

Nüfuzlu xarici universitetlərdə tədqiqat aparmaq üçün dəvət alan şəxsin UNEC-də ən azı 3 il elmi-pedaqoji iş təcrübəsi olmalıdır. Tədqiqatın aparılacağı universitet isə dünya universitetlərinin reytinq sıralamasında (QS World University Rankings) həm ümumi, həm də ixtisas üzrə ilk 600 universitet siyahısında yer almalıdır.

Qaydalara görə, tədqiqatçının yenidən xarici universitetlərdə tədqiqat aparmaqla bağlı müraciət etməsi üçün həmin şəxs öncəki tədqiqatdan sonra UNEC-də 1 il pedaqoji fəaliyyət göstərməli, Scopus elmi bazasına daxil olan jurnallarda 3 və ya Web of Science platformasına daxil olan jurnallarda 2 məqalə nəşr etdirməlidir.

QAYDALAR

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay