A

UNEC-in Biznes və menecment fakültəsində Elmi Şura iclası keçirilib.

Fakültə Elmi Şurasına Validenlərdən ibarət imtahan nəzarət Şurasının üzvləri, ixtisas rəhbərləri, mentorlar, beynəlxalq mübadilə proqramında iştirak edəcək tələbələr və cari yay imtahan sessiyasının ən yüksək bal toplayan tələbələr də iştirak ediblər.

Fakültə dekanı, dosent Mirağa Əhmədov 2018/2019-cu tədris ilinin yay imtahan sessiyasının gedişatı haqqında məlumat verərək, bəzi statistik məlumatları şura üzvlərinin diqqətinə çatdırıb. M.Əhmədov qeyd edib ki, 2018/2019-cu tədris ilinin yay imtahan sessiyası istər mütəşəkkillik, istərsə də keyfiyyət baxımından yüksək səviyyədə təşkil olunub. Rektorun müvafiq əmri ilə valideynlərdən ibarət imtahana nəzarət Şurası yaradılması, tələbə təşkilatlarının, eləcə də mentorların imtahan prosesinə cəlb edilməsi imtahanın gedişatında məsuliyyəti artırıb. Keyfiyyət baxımına gəldikdə isə fakültədə yüksək bal toplayan tələbələrin sayında artım olduğu bildirilib.

Valideynlərdən ibarət imtahana nəzarət Şurasının üzvü Vəli Məmmədov çıxış edərək imtahan prosesini mütəmadi izlədiklərimi və imtahanların tam şəffaf, obyektiv keçirildiyinin şahidi olduqlarını qeyd edib.

Tədbirdə çıxış edən kafedra müdirləri, valideynlər, tələbələr yay imtahan sessiyasının obyektiv və şəffaf keçirildiyini, yaranan problemlərin operativ həll edildiyini bildiriblər.

Sonda beynəlxalq mübadilə proqramları ilə xarici ölkələrdə təhsil alacaq tələbələrə təhsillərində uğurlar arzu olunub. Fakültənin ən yüksək bal toplayan bir qrup tələbələrinə sertifikatlar təqdim edilib. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay