A

UNEC-in I kursuna qəbul olan əziz tələbələr  və magistrantlar!

Hər birinizi UNEC ailəsi adından salamlayır, qazandığınız uğurlara görə sizi və sizinlə birlikdə çəkilən zəhmətdə əvəzsiz payı olan dəyərli valideynlərinizi səmimi qəlbdən təbrik edirəm.

Həyatınızın ən önəmli dönəmlərindən birinə qədəm qoymaqdasınız. Qəbul olduğunuz ixtisas üzrə uğurlu karyera qurmaq, müasir biliklərə sahiblənərək peşəkar mütəxəssis olmaq üçün təhsilinizə xüsusi diqqət ayırmalısınız. Qarşıya qoyduğunuz hədəflərə gedən yolda UNEC ailəsi sizlərə daim dəstək göstərməkdən böyük qürur hissi duyacaqdır. UNEC innovativ və dünya səviyyəli universitet adını qazanmaq yolunda əzmlə addımlamaqda davam edir. Bu yolda qazanılan hər bir uğurda tələbələrimizin özünəməxsus rolu vardır və biz bundan böyük fəxr hissi duyuruq. Qazanacağınız elmin dəyərini bilmək, vizyon sahibi olmaq və rəqabət gücü yüksək olan bir mütəxəssis kimi yetişməniz üçün professor-müəllim kollektivimiz daim sizin yanınızda olacaqdır. Sizlərdən gözləntimiz isə UNEC tələbəsi kimi universitet dəyərlərini daim uca tutmağınız, biliyinizlə seçilməyiniz, eləcə də vətənimiz və ümumən bəşəriyyət üçün faydalı şəxsiyyət olmağınızdır.

Əminəm ki, UNEC-də qazanacağınız bütün bilik və bacarıqlar sizi həyatın hər bir mərhələsində lider şəxsiyyət edəcəkdir.

UNEC ilə uğurlu yolun başlanğıcındasınız.

UNEC-i seçdiyinizə görə hər birinizə təşəkkür edir, uğurlu və mənalı universitet həyatı arzulayır, bir daha hər birinizi təbrik edirəm!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay