A

UNEC-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün korporativ idarəetmə və onun şirkətin səmərəli fəaliyyətində rolu, daxili bazar araşdırmaları və investisiya təşviqi sənədi mövzularında növbəti maarifləndirici onlayn tədbir keçirilib.

UNEC Eksterndə təşkil olunan onlayn tədbirdə İqtisadiyyat Nazirliyi və KOBİA-nın nümayəndələri Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 400-ə yaxın sahibkarı müvafiq mövzular üzrə məlumatlandırılıblar.

Tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı formada göndərmək imkanı da yaradılıb. Sahibkarların suallarının əksəriyyəti ekspertlər tərəfindən onlayn olaraq operativ şəkildə cavablandırılıb.

Regionlarda fəaliyyət göstərən KOB subyektlərinin onlayn maarifləndirmə tədbirində iştirakına dəstək məqsədilə KOBİA-nın ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarlara köməklik göstərilib.

Qeyd edək ki, bu, KOBİA-nın UNEC Eksterndə təşkil etdiyi 7-ci onlayn tədbirdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay