A

UNEC-in 24/7 Kitabxanasının fəaliyyətə başlamasının 1  ili tamam olub.

Bu münasibətlə Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov və UNEC Kitabxana informasiya mərkəzinin əməkdaşları ilə görüş keçirilib.

Kitabxananın əməkdaşlarını təbrik edən prorektor, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə UNEC-in son beş ildə keçdiyi inkişaf yoluna qısa nəzər salınıb, universitetin kitabxanalarında tətbiq olunan yeniliklərdən danışılıb. Tədqiqatyönümlü universitet statusunun əsas meyarlarından birinin də məhz elektron kitabxananın olduğu qeyd edilərək, bu istiqamətdə UNEC-də uğurlu işlərin aparıldığı bildirilib.

Sonda UNEC Kitabxana informasiya mərkəzinin 24/7 Kitabxanası və UNEC THİK-in sosial şəbəkədə  birgə keçirdiyi müsabiqənin qalibi olan İqtisadiyyat fakültəsinin 1-ci kurs tələbəsi Fərid Əsədova planşet hədiyyə edilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay