A

UNEC-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdən öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

UNEC-in İqtisadi məsələlər üzrə prorektoru, YAP UNEC ərazi ilk partiya təşkilatının sədri, dosent Mikayıl Zeynalov partiyanın keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, ölkədə 1990-cı illərin əvvəlindəki gərgin ictimai-siyasi şərait və baş verən məlum hadisələr Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri etdi. Həmin dövrdə ölkənin taleyinə biganə olmayan ziyalılar ümummilli lider Heydər Əliyevlə görüşlər keçirir, dahi dövlət xadiminin yenidən böyük siyasətə qayıdışını tələb edirdilər. Nəhayət, respublikanın mütərəqqi fikirli ziyalıları oktyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə ulu öndər Heydər Əliyevə müraciət etdilər. Sevindirici haldır ki, tarix Ümummilli Liderə və onun yaratdığı partiyaya etimadı təsdiq etdi. Qısa zamanda ölkədə siyasi sabitlik təmin edildi, atəşkəsə nail olundu, insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı.

Ulu öndər Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olduğunu deyən prorektor, Yeni Azərbaycan Partiyasının bu gün respublikanın aparıcı siyasi qüvvəsi oluğunu və sıralarında 750 min nəfərə qədər üzvün birləşdiyini diqqətə çatdırıb.

YAP UNEC ərazi ilk partiya təşkilatının sədr müavini, dosent Cəlal Allahverdiyev YAP-ın yaranma tarixi və qazandığı möhtəşəm nailiyyətlər barədə ətraflı məlumat verib. YAP-ın öz nəhəng fəaliyyəti ilə ölkəmizdə, eləcə də beynəlxalq aləmdə nüfuzlu siyasi təşkilat kimi tanındığını vurğulayıb.

Tədbirdə YAP UNEC ərazi ilk partiya təşkilatının fəal gəncləri, Maliyyə və mühasibat fakültəsinin tələbələri, Tələbə-rektor Cavidan Adilzadə və Kərim Kərimov Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar.

Sonra YAP-ın yaranma tarixi və fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.

Tədbirdə YAP-a yeni üzv olan 13 tələbəyə partıyanın üzvlük vəsiqələri təqdim olunub, 91 tələbənin isə YAP-a üzv olmaq barədə müraciət ərizələri qəbul edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay