A

Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev UNEC-də tədris olunan distant dərslərin təşkili prosesi ilə tanış olub.

UNEC Eksterndə tədris olunan distant dərsləri yaxından izləmək üçün universitetdə olan rektor Vilayət Vəliyev öncə tibbi profilaktik müayinədən keçirilib. Sonra UNEC-in rektoru, professor Ədalət Muradov həmkarı ilə birlikdə distant dərsləri izləyiblər.

Rektor Ədalət Muradov bildirib ki, dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan və regionda alternativi olmayan UNEC Ekstern ən müasir texniki avadanlıqlarla təchiz olunub. 6 tədris studiyası (auditoriya), 12 inzibati və 1 müzakirə otağından ibarət mərkəz 14 nəfərlik heyətlə 20 minədək tələbəyə təhsil vermək imkanına malikdir. Burada müəllim və tələbələrin rahatlığı, eləcə də  keyfiyyətli  tədris prosesinin aparılması  üçün bütün şərait yaradılıb. Tələbələr istənilən məkandan mobil telefonla internetə qoşularaq dərsləri asanlıqla dinləyə və sual verə bilərlər, dərsdə onlayn iştirak edə bilməyən tələbələr isə həmin dərsi videoarxivdən də izləmək imkanına malikdirlər.

Vilayət Vəliyev UNEC-də tətbiq olunan distant tədrisi yüksək qiymətləndirib. Görüşdə Azərbaycan Texniki Universitetində distant tədrisdə UNEC təcrübəsinin tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay