Universitetlərin beynəlmiləlləşməsi və bu sektorda baş verən qlobal trendlər ali təhsil müəssisələri arasında güclü rəqabət mühitinin yaranmasına gətirib çıxarmışdır.
Digər sahələrdə olduğu kimi, universitetlər arasında da güclü rəqabət onların brendləşməsini zərurətə çevirmişdir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də bu istiqamətdə uğurlara imza atır. Belə ki, UNEC brendi öz əhatə dairəsini günü-gündən genişləndirməklə, 2018-ci ildə ilk dəfə Türkiyədə, daha sonra isə Avropanın daha 4 ölkəsində - Polşa, Slovakiya, Latviya, Litva - qeydiyyata alınmışdır. 2020-ci il 8 apreldə isə UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi Xorvatiyada qeydiyyata alındı.
Beləliklə, UNEC brendi artıq 6 xarici ölkədə tanınmış və qısa vaxtda Avropanın daha 8 ölkəsində onun qeydiyyata alınması üçün zəruri işlər tamamlanmışdır.