A

UNEC-in rektoru, professor Ədalət Muradov canlı yayımda müəllim, tələbə, əməkdaş və valideynləri maraqlandıran sualları cavablandırıb.

Canlı yayımın videoyazısını buradan və ya UNEC-in rektoru, professor Ədalət Muradov -un rəsmi facebook səhifəsindən təkrar izləyə bilərsiniz.

Canlı yayım zamanı daha çox verilən sualların cavablarını təqdim edirik:

Cavab: UNEC-də tələbə biliyinin distant formada qiymətləndirilməsi dünya təcrübəsinə uyğun olaraq aparılacaq. İmtahanlar distant keçiriləcəyi halda obyektivlik və şəffaflıq təmin olunmaq şərtilə ciddi proktorinq sistemi (uzaqdan nəzarət sistemi) tətbiq olunacaq. Distant formada imtahanlar təşkil edildiyi zaman UNEC İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini məsafədən izləyə biləcəklər. Tələbələrin imtahan proseslərinin videoqeydiyyatı da aparılacaq. Tələbə apelyasiyaya müraciət etdiyi zaman həmin videogörüntüdə tələbənin imtahan prosesini təkrar izləmək mümkün olacaq. Valideynlərin imtahanları birbaşa müşahidə etmələri üçün şərait yaradıla bilər.

Cavab: İmtahana qədərki balların hesablanması mövcud şəraitə uyun olaraq hesablanacaq. Yeni qaydalar haqqında məlumat yaxın zamanda elan olunacaq.

Cavab: Akademik borcu olan tələbələrin problemləri araşdırılaraq, həlli istiqamətində təkliflər hazırlanacaq.

Cavab: Sərbəst işlərlə bağlı qaydalar hazırlanıb və təsdiqləndikdən sonra may ayında tələbələrə elan ediləcək. Tələbələrə təqdim olunan mövzular üzrə 10 ballıq 1 sərbəst işin yazılması nəzərdə tutulub.

Cavab: Məxfi test imtahanlarının bu semestr məxfi olmaması ehtimalı yüksəkdir. Bununla bağlı qərar qəbul olunduqda tələbələrə məlumat veriləcək.

Cavab: Distant dərslərdə iştirak etməyən tələbələrin davamiyyəti (qaibləri) nəzərə alınmayacaq.

Cavab: Distant təhsildə tələbələrin seminar balları nəzərə alınmayacaq.

Cavab: Ölkədə yaranmış vəziyyətlə bağlı tələbələrin tamamlanmamış istehsalat təcrübələrinin  (praktikalarının) bütov təcrübə kimi qəbul edilməsi nəzərdə tutulub.

Cavab: Kolokviumlar olmayacaq. Lakin SABAH qruplarında fərqli yanaşma ola bilər.

Cavab: Diplom müdafiəsi  və Yekun Dövlət Attestasiyası akademik təqvimdə nəzərdə tutulan müddətdə keçiriləcək.

Cavab: UNEC-in Elmi Şurasının qərarına əsasən, 2020-ci ildən etibarən UNEC-in MBA proqramına qəbul olan magistrlər öz seçimlərinə uyğun olaraq, dissertasiya yazmaq hüququ əldə edirlər. Dissertasiya yazmaq hüququ əldə edən magistrlər MBA proqramını bitirdikdən sonra doktorantura təhsilinı davam etdirə biləcəklər.

Cavab: MBA təhsili alan və  digər magistrlərin imtahanlarının distant formada test üsulu və ya ənənəvi olaraq yazılı qaydada keçirilməsi istiqamətində hazırlıq işləri tamamlanıb. İmtahanlar testlə keçiriləcəkcə suallar öncədən magistrlərə veriləcək.

Cavab: Coursera sertifikatların təqdim edilməsi üçün müvafiq kommissiya yaradılıb. Sertifikatın həqiqiliyi təsdiq edildikdən sonra, tələbə sertifikata uyğun fənn üzrə imtahandan azad olunacaq. Sertifikata uyğun qiymətlərin müəyyən edilməsi qaydaları tələbələrin şəxsi kabinetlərinə göndərilib.

Cavab: Bir Cousera sertifikatı qazanan tələbə yalnız bir imtahandan azad oluna bilər.

Cavab: Coursera kurslarından maksimum 5 sertifikat almaq mümkündür.

Cavab: Rusiya Ali İqtisad Məktəbinin UNEC-ə təklif etdiyi onlayn proqramları sertifikatsız proqramlardır. Onlayn dərsləri dinləyən tələbələrə sertifikatlar verilmədiyi üçün onlar imtahanlardan azad olunmayacaqlar. Dərsləri dinləyən tələbələr öz biliklərini artırmış olacaqlar.

Cavab: UNEC-in 3-cü tədris binasında (Nizami korpusu) texniki və texnoloji ixtisaslar tədris olunacaq. 3000 tələbə üçün nəzərdə tutulan, 12 ən müasir laboratoriya, auditoriya, mühazirə və linqafon otaqları, yeməkxana, idman zalı, kitabxana, konfrans zalları ilə təchiz edilən, modern memarlıq elementləri ilə zəngin olan kampus yeni tədris ilindən istifadəyə veriləcək.

Cavab: UNEC-də Yay Məktəbinin distant təşkil olunması olması nəzərdə tutulub. Digər universitetlərin tələbələri də distant formada UNEC-in Yay Məktəbində iştirak edə biləcəklər.

Cavab: Smart kartlarını universitetdən götürə bilməyən tələbələr yaşadıqları əraziyə yaxın olan Kapital bank filialından təqaüdlərini nağd şəkildə ala bilərlər.

Cavab: Təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr ərizə ilə müraciət etdikdə, onlara möhlət hüququ verilə bilər.

Cavab: Distant tədris zamanı keçirilən dərs materialları tələbələrin şəxsi kabinetlərinə göndərilib.

Cavab: Tələbələr transkript və arayışları “Bir pəncərə” sisteminə onlayn müraciət edərək əldə edə bilərlər.

Cavab: İmtahanlar distant təşkil olunduğu halda suallar öncədən tələbələrə təqdim olunacaq. Yazılı imtahanlarn sualları da tələbələrə veriləcək.

Cavab: Kəsiri olan tələbələrə əvvəlki qaydalara uyğun olaraq, güzəşt olunmayacaq.

Cavab: Mübadilə proqramında akademik borcu yaranan tələbələrə güzəşt olunmayacaq, lakin imtahanın yenidən verilməsi üçün şərait yaradılacaq.

Cavab: ACCA və Cousera sertifikatı alan tələbələr təqaüddə iştirak etmək hüququ əldə edirlər.

Cavab: Distant dərslərin videoyazıları qısa zamanda tələbələrin şəxsi kabinetlərinə yüklənəcək.

Cavab: Qiyabi təhsil alan tələbələrin dərslərinin iyun ayında başlaması nəzərdə tutulub.

Cavab: UNEC-in Zaqatala filialında “Bir pəncərə” sisteminin tətbiqinə yaxın zamanda başlanılacaq.

Cavab: UNEC-in yuxarı kurs tələbələri üçün onlayn Karyera Gününün keçirilməsi nəzərdə tutulub.

Cavab: UNEC-də Məzun Günün keçirilməsi mövcud duruma uyğun olaraq, pandemiya dövründə dünya universitetlərinin təcrübəsinə əsasən təşkil olunacaq.

Cavab: UNEC-də digər idarəetmə strukturları ilə yanaşı, mühasibatlıq da onlayn rejimdə işləyir. Müəllimlərin, əməkdaşların əməkhaqları, eləcə də tələbələrin təqaüdləri vaxtında ödənilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay